AZ

Gələn ilin büdcəsində neftin qiyməti müəyyən edilib

Gələn il dövlət büdcəsində xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürüləcək.

Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

Qeyd edilib ki, 2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində yəni 38,423.0 milyon manat nəzərdə tutulur.

AzPost.az

Seçilən
0
7
azpost.info

9Mənbələr