AZ

Ukraynanın müdafiə xərcləri 2026-cı ildə 4 milyard dollar artacaq

Ukraynanın yeni büdcə layihəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Baş nazir Yuliya Svırıdenkonun sözlərinə görə, müdafiə xərcləri 168,6 milyard qriven (4 milyard dollar) artaraq 2,8 trilyon qrivenə (təxminən 68 milyard dollar) çatacaq ki, bu da ölkənin ÜDM-nin 27,2%-nə bərabərdir.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

“Bu gün bütün ölkə ya hərbi, ya da hərbi xidmətdə işləməyə məcburdur. Bu, 2026-cı il dövlət büdcəsində öz əksini tapıb”, – Sviridenko Telegram kanalında vurğulayıb. Xarici maliyyə ehtiyacları 67,7 milyard dollar həcmində qiymətləndirilir. Eyni zamanda, səhiyyəyə 6,3 milyard dollar, elmə 483 milyon dollar, mədəniyyətə 114 milyon dollar ayrılması nəzərdə tutulur.

Ali Radanın Büdcə Komitəsinin sədri Roksolana Pidlasa bildirib ki, 2026-cı il üçün planlaşdırılan xərclər 2022-ci ilin fevralından bəri müşahidə edilən orta göstəricidən üç dəfə çoxdur. Ən böyük xərc maddəsi olan müdafiə ehtiyatının 200 milyard qrivna (4,8 milyard dollar) ilə maliyyələşdirilməsi təklif edilir. Ukrayna silah və sursat istehsalına 44,8 milyard qrivna (1,08 milyard dollar), hərbi pilotsuz təyyarələrin istehsalına isə 37,6 milyard qrivna (911,9 milyon dollar) ayırıb ki, bu da ümumilikdə 2,8 trilyon qrivna və ya 67,9 milyard dollar təşkil edəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr