Bu gün “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada “Benfika”nın qonağı olacaq.
Azərbaycan klubunun həmyaşıdları ilə matçı saat 14:00-da başlayacaq.
UEFA Gənclər Liqası
I tur
16 sentyabr
14:00. “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Ceymi Robinson (Şimali İrlandiya)
Qeyd edək ki, “Qarabağ” U-19 növbəti görüşünü oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcək.
İdman.biz