"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0,07% artaraq 1 barelə görə 67,49 ABŞ dolları təşkil edib.
Modern.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,14% artaraq 63,39 ABŞ dollarına bərabər olub.