AZ

Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı


Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2% çoxdur.
Yeniavaz.com
Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, növbəti ildə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 141 milyon manat və ya 0,3% artım ilə 41 milyard 548,6 milyon manat proqnozlaşdırılır.
2026-cı ildə dövlət büdcəsinin kəsiri 2025-ci ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 74 milyon manat və ya 2,4% çox olmaqla 3 milyard 125,6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla) proqnozlaşdırılır.
2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 dollar səviyyəsində götürüləcək.
Dövlət büdcəsinin gəlirlərinin 42,6%-i və ya 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4%-i və ya 22 milyard 73 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
Gələn il Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,8%-ini və ya 16 milyard 821 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunan göstəricisindən 1 milyard 321 milyon manat və ya 8,5% çoxdur. Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 750 milyon manatı və ya 33,2%-i Dövlət Neft Fondundan transfertin, 6 milyard 850 milyon manatı və ya 17,8%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1 milyard 21 milyon manatı və ya 2,7%-i büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981 milyon manatı və ya 2,6%-i isə sair gəlirlərin payına düşür.
2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6%-i və ya 13 milyard 221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4%-i və ya 3 milyard 600 milyon manatı neft-qaz sektorunun payına düşür.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1%-i həcmində olmaqla 6 milyard 850 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 250 milyon manat və ya 3,8% çoxdur.
Dövlət büdcəsinin xərclərinin 24 milyard 771,7 milyon manatı və ya 59,6%-i cari xərclərə, 14 milyard 319,3 milyon manatı və ya 34,5%-i əsaslı xərclərə, 2 milyard 457,6 milyon manatı və ya 5,9%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.

Elnur Əli
Seçilən
0
8
yeniavaz.com

10Mənbələr