AZ

"Google" məhkəməlik oldu - süni intellektə görə...


"Google" şirkətinin başı dərddədir. Məsələ burasındadır ki, "Rolling Stone", "Billboard" və "Variety" kimi məşhur nəşrlərin sahibi olan ABŞ-nin tanınmış media şirkəti "Penske Media" "Google"a qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə "Reuters" məlumat yayıb.

Şirkət iddia edir ki, "Google"un süni intellekt (Aİ) əsaslı axtarış xülasələri (AI Overviews) onun məqalələrindən icazəsiz istifadə edir və nəticədə veb-saytların ziyarətçi sayı azalır. İddia ABŞ-ın Vaşinqton şəhərində federal məhkəməyə təqdim edilib və bu, süni intellekt xülasələrinə görə "Google"a qarşı irəli sürülən ilk böyük nəşriyyat iddiası olub.
Mətləb

Seçilən
3
3
baki-xeber.com

4Mənbələr