Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İsrailin Qəzzadakı hərbi əməliyyatları davam edir.
APA xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz ordunun HAMAS-a məxsus infrastruktura zərbələr endirdiyini bildirib.
“Qəzza yanır. İsrail ordusu terror infrastrukturuna dəmir yumruqla zərbələr endirir və girovların azad olunması, eləcə də HAMAS-ın məğlub edilməsi üçün cəsarətlə vuruşur. Biz missiya tamamlanmayana qədər geri çəkilməyəcəyik”, - Katz “X” hesabında qeyd edib.
İsrail ordusu 350 000 fələstinlinin Qəzza şəhərini tərk edərək digər bölgələrə getdiyini qeyd edib.
Qeyd edək ki, İsrail ordusu ötən həftə HAMAS qarşı əməliyyatların başlaması səbəbi ilə Qəzza şəhərində yaşayanlara şəhəri könüllü surətdə tərk etməklə bağlı xəbərdarlıq edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.