AZ

Məşhur qəzeti məhkəməyə verdi

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini məhkəməyə verib.

Bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib. 

ABŞ lideri qəzeti böhtanda ittiham edib və onu ölkə tarixinin ən pis qəzeti olaraq xarakterizə edib. 

Tramp həmçinin qeyd edib ki, 15 milyard dollarlıq iddia Florida ştatında qaldırılıb. 

Belə ki, Ağ Ev rəhbəri “The New York Times”ı 2024-cü ildəki prezident seçkiləri zamanı rəqibi Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, eləcə də özünə və ailə üzvlərinə qarşı böhtan xarakterli məlumatları yaymaqda ittiham edib.

"Cebheinfo.az" 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr