ABŞ prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda Ukrayna lideri Vladimir Zelenski ilə görüşə bilər.
Doğru.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
“RİA Novosti”nin yazdığına görə, Rubionun sözlərinə görə, Tramp “dünyada həm Ukrayna, həm Avropa, həm də Rusiya ilə danışa bilən yeganə liderdir”. O, ABŞ prezidentinin Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva və Vaşinqton payızın sonunadək münasibətlərdəki qıcıqlandırıcı faktorlarla bağlı növbəti görüş keçirməyə çalışacaqlar.
DOĞRU.AZ