Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Qarabağ" bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası 8 ildən sonra qitənin bir nömrəli klub yarışının ilk turu çərçivəsində Portuqaliyada "Benfika" ilə qarşılaşacaq.
Görüşə Bakı vaxtilə saat 23:00-da start veriləcək.
Təmsilçimiz digər turlarda rəqibləri müvafiq ardıcıllıqla "Kopenhagen", "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya), "Ayaks" (Niderland), "Ayntraxt" (Almaniya) və "Liverpul" (İngiltərə) komandaları olacaqlar.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
23:00 “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts
Yan xətt hakimləri: Jo de Veyrdt, Kevin Monteni
Dördüncü hakim: Natan Verbumen
VAR: Bram Van Drieşşe (hamısı Belçika)
AVAR: Fedayi San (İsveçrə)
Lissabon, "Da Luj" stadionu.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.