AZ

Özbəkistan Əfqanıstanda qaz yatağının işlənməsinə başladı

BAKI, 16 sentyabr. TELEQRAF

Əfqanıstanda Özbəkistan şirkətinin iştirakı ilə qaz yatağının işlənməsinə başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdülqəni Bəradər Axundun mətbuat xidməti məlumat verib.

Müzakirə olunan layihə Əfqanıstanın şimalındakı Cövzcan və Fəryab əyalətlərindəki Tuti-Maydan yataqlarında qazın kəşfiyyatı və hasilatını nəzərdə tutur.

Layihənin həyata keçirilməsi üçün beynəlxalq “KAM Group” şirkəti və Özbəkistanın “Railcom” şirkəti ilə 25 illik müqavilə imzalanıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr