AZ

Masallıda yollar yenilənir – sentyabrın ilk yarısında görülən işlər » AzadMedia.az


Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.

Belə ki, Çaxırlı ərazisinin Kəlbəhüseyinli kəndində 1.4 km və Mahmudavar ərazisində 850 metr məsafədə kənddaxili yola asfalt örtüyü döşənmişdir. Tüklə ərazisinin Məmmədoba kəndində 650 metr məsafədə kənddaxili küçəyə asfalt qırıntısı döşənmişdir. Banbaşı ərazisinin Böyük Xocavar kəndində kənddaxili küçəyə 220 metr metr məsafədə çınqıl döşənmişdir.
Seçilən
15
1
azadmedia.az

2Mənbələr