AZ

“Tramp Zelenski ilə görüşə bilər” - ABŞ dövlət katibi

“ABŞ Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski gələn həftə Nyu-Yorkda yenidən görüşə bilər”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib. 

“Trampın Rusiya Prezidenti Vladimir Putinlə bir neçə dəfə telefon danışığı olub , Zelenski ilə bir neçə görüş keçirib, o cümlədən gələn həftə Nyu-Yorkda Ukrayna lideri ilə görüşə bilər”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Tramp dünyada yeganə liderdir ki, Ukrayna münaqişəsinin hər iki tərəfi və Avropa ölkələri ilə eyni vaxtda əlaqə saxlamağa qadirdir. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr