AZ

Azərbaycanda ən çox hansı turistlər pul xərcləyir?

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il Azərbaycan 178 ölkədən turist qəbul edib.

Lent.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov mətbuat konfransında deyib.

O bildirib ki, siyahıda Türkiyə liderdir: "İkinci yerdə BƏƏ, üçüncü yerdə Böyük Britaniya, dördüncü yerdə Qazaxıstan yer alıb. Top-5-liyi Səudiyyə Ərəbistanı tamamlayır".

Emil Zeynalov qeyd edib ki, bu ölkələr sırasında əməliyyat həcminə görə Qazaxıstan turistləri premium seqment hesab edilir:

"Turistlərin Azərbaycanda xərcləmələri 10% artıb. Daha çox xərcləmə gecələmə ilə bağlıdır. Orta hesabla bir hoteldə gecələmə xərcləri 133 avro təşkil edib".

Emil Zeynalov əlavə edib ki, Azərbaycana turist qəbulu mövsümi deyil, daimi xarakter daşıyır: “Mastercard” bu baxımdan müştəri məlumatlarını təhlil edir və iqtisadiyyata turizm sektorunun necə töhfə verdiyini paylaşır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
4
lent.az

5Mənbələr