Yeni hazırlanmış "Dövlət xidmətləri haqqında" qanun layihəsinə görə, Azərbaycanda dövlət xidmətləri "ASAN xidmət indeksi" üzrə qiymətləndiriləcək. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Layihəyə əsasən, xidmət təminatçıları tərəfindən xidmətlərin həyata keçirilməsində sosial innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparılır, dövlət xidmətlərinin göstərilməsi prosedurunun sadələşdirilməsi barədə təkliflər hazırlanır.
Mətləb Salahov