ain.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Sentyabrın 15- də dərslər başlayan günü həmişə olduğu kimi, bu ild həm yeraltı, həm də yerüstü nəqliyyat vasitələrində sıxlıq yaşanıb . Xüsusilə də, metronun bütün stansiyalarında sıxlıq yaranıb.
Amma buna da şükür, çünki ötən ildəki kimi stansiyalara düşmək elə müşkül olmayan. Belə ki, ötən il metronun " Elmlər akademiyası" , " 28 may'" , " Koroğlu" və digər stansiyasılarında sərnişin sıxlığında ora daxil olmaq mümkün deyildi. Ancaq bu il deyəsən, bu məsələlər bir qədər öz həllini tapıb.Bu da öncədən görülən qabaqlayıcı tədbirlər nəticəsində gerçəkləşdirilib.
Metropoliten rəhbərliyi bildirmişdi ki, səhər, günorta və axşam saatlarında sıxlıq olarkən qatarlar arasındakı interval 2 dəqiqə olacaq. Lakin biz " Elmlər akademiyası" satnsiyasında bunun əksini görürük.Gördük ki, sentyabrın 15-də saat 13:6- da "Dərnəgül" dən " Həzi Aslanov" stansiyasına gedən qatar " Elmlər akademiyası" na 4 dəqiqədən sonra çatdı. Hansı ki, metropolitendən bildirmişdilər ki, qatarlar arasındakı interval " çaspik" vaxtlarında 2 dəqiqədən artıq olmayacaq
.Qatar gec gəlib çatdıgına görə, sərnişinlərin çoxu vaqonlara minə bilmədilər.Və onlar növbəti qatarı gözləməyə məcbur oldular. Amma qatarlar vaxtında gəlsə, belə sıxlıq yaşanmazdı.Və inanırıq ki, metropoliten rəhbərliyi və əməkdaşlar bu problemi də aradan qaldıracaq, sərnişinlərin mənzil başına rahat gedib çatmasına əlverişli şərait yaradacaqdır!!!
Emil Faiqoğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.