AZ

Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sayı artırılır, səlahiyyət müddəti müəyyənləşdirilir

Vəkillərin İxtisas Komissiyası üzvlərinin sayı artırılır.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Vəkillərin İxtisas Komissiyası 7 vəkil, 3 hakim və 3 hüquqşünas alimdən, ümumilikdə isə 13 üzvdən ibarət olmaqla fəaliyyət göstərəcək.

Həmçinin, Vəkillərin İxtisas Komissiyasının səlahiyyət müddəti 5 il olacaq.

Mövcud qanunvericiliyə əsasən, İxtisas Komissiyası 5 vəkil, 3 hakim və 3 hüquqşünas alimdən, ümumilikdə isə 11 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.

Seçilən
15
2
day.az

3Mənbələr