Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna yeni direktor təyin edilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor vəzifəsinə Vüsal Əliyev təyin olunub.
Qeyd edək ki, V.Alıyev sözügedən qurumda uzun müddət direktor müavini vəzifəsində çalışıb.