AZ

Azərbaycanın musiqisi və rəqsi Avstraliyada festivalda

Avstraliya İttifaqının Melburn şəhərində keçirilən ənənəvi “Tesselaar Tulip Festival”da
(“Tesselaar Lalə Festivalı”) Azərbaycan ilk dəfə təmsil olunub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstraliya-Azərbaycan Assosiasiyaları Alyansının təşkilatçılığı ilə festivalda Avstraliyanın müxtəlif
şəhərlərində yaşayan Azərbaycan diasporunun nümayəndələri fəal iştirak ediblər.

Festival çərçivəsində Azərbaycana aid xüsusi guşə yaradılıb. Burada ölkəmizin zəngin
mədəni irsindən, milli musiqisindən və rəqs sənətindən nümunələr ziyarətçilərə təqdim
olunub. “AYTAY” musiqi qrupunun və “ADENA” rəqs qrupunun çıxışları tamaşaçılara
yaddaqalan anlar yaşadıb.

Seçilən
15
3
publika.az

4Mənbələr