AZ

Faiq Ağayevdən aparıcı Zümrüdə gözləmədiyi reaksiya - VİDEO

Aparıcı Zümrüd Bədəlova öz proqramında gözləmədiyi reaksiya ilə qarşılaşıb.

Ölkə.Az xəbər verir ki, ATV-də yayımlanan “Gün ortası” verilişinin qonağı Xalq artisti Faiq Ağayev narazılığını dilə gətirib. Belə ki, müğənni ona ünvanlanan suallara görə bir il boyunca sözügedən proqrama qatılmayacağını bildirib. 

“Mən “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvü olaraq sənə irad bildirirəm. Audioviziual Şura da bildirib ki, efirdə ailə-məişət məsələləri efirdə pedallanmasın, buna çox toxunulmasın. Tərəfdarı deyiləm. Bugünlük səni bağışlayıram. Səndən birillik fasilə götürürəm. O müddət keçdikdən sonra kinim soyuyar, bəlkə onda səni bağışlayaram”.

Aparıcı Zümrüd Bədəlova narahatlığını ifadə etmək istəyərkən Xalq artisti "sözümün geri dönüşü olmayacaq, imkan ver, çıxışımı bitirim" deyə reaksiya verib.

Ardınca isə Z.Bədəlova söyləyib: "Birincisi, Faiq Ağayev kinli bir adam deyil. İkincisi, ailə-məişət mövzularına qətiyyən girmirəm. Mən bəzi səthi suallara - müsahibələrində sənin öz dilindən çıxan bəzi məqamlara toxunmaq istədim. Suallar pərəstişkardan ünvanlanıb".

Daha ətraflı:

Seçilən
28
olke.az

1Mənbələr