AZ

Samir Piriyevin xanımından Nigar Camalla rəqsinə REAKSİYA

Müğənni Nigar Camalın “Matanı” mahnısı ilə səhnədəki rəqsi sosial şəbəkələrdə yenidən müzakirələrə səbəb olub. Bu yaxınlarda Samir Piriyevlə eyni səhnəni bölüşən sənətçinin performansı izləyicilərin diqqətini çəkib.


Manset.az-ın məlumatına görə, sosial media istifadəçiləri həmin görüntüləri paylaşaraq Samir Piriyevin həyat yoldaşı Anara Piriyevanı işarələyiblər. Müğənninin həyat yoldaşı yayılan görüntülərlə bağlı şəxsi “Instagram” hesabında münasibət bildirib. Anara Piriyeva izləyicilərə xoş sözlərlə müraciət edərək paylaşımında bunları qeyd edib:

“Nigar xanım çox gözəl xanım və pozitiv insandır. Səhnədə gördükləriniz bir şoudur. İki həmkarın səhnədə Tanrı tərəfindən birləşən enerjisidir. Burda qısqanılası heç bir şey yoxdur. Hər kəsin öz baxış bucağı var. Səhnə ilə həyatı qarışdırmayın.”

Anara onu da əlavə edib ki, heç kimin ağlına belə gəlməzdi ki, bu mahnı Nigar Camalın əyninə bu qədər oturacaq:

"Təsadüfi heç nə yoxdur. Demək, "Matanı" mahnısı çıxmalı idi və Matanı Nigar Camal olmalı idi. Tanrı bu səhnəni belə yazıbsa, bizə də alqışlamaq düşür.”




Seçilən
15
manset.az

1Mənbələr