Ajans.az xəbər verir ki, o, “Gün ortası” verilişində qonaq olub. Bu zaman verilişə canlı qoşulan pərəstişkarın ünvanladığı sual F. Ağayev tərəfindən xoş qarşılanmayıb. Buna səbəb sənətkara evliliklə bağlı verilən sual olub: “Ananızın bu qədər təkidlərinə baxmayaraq, cəmi 4 il evli qalmısınız, niyə?” Daha sonra Xalq artisti sualı cavablandırıb, lakin aparıcının bu mövzuları efirdə müzakirə etməsini qınayıb: “Mən “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvü olaraq sənə irad bildirirəm. Və sənin simanda bütün həmkarlarına da. Audioviziual Şura da bildirib ki, efirdə ailə-məişət məsələləri çox müzakirə olunmasın. Tərəfdarı deyiləm. Bu kimi mövzular efirdə yox, mətbəxdə danışılmalıdır. Bugünlük səni bağışlayıram. Səndən birillik fasilə götürürəm. Bir il mənə zəng etmirsən. O müddət keçdikdən sonra inşallah kinim soyuyar, bəlkə onda səni bağışlayaram”. Sənətkarın tənqidi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Verilişdən həmin hissəni təqdim edirik: