AZ

Maştağada evə ilan girdi FOTO

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda, Maştağa qəsəbəsində yerləşən həyət evinə ilan girib.Bu barədə Metbuat.az-a ev sahibi Ləman İdrissoy məlumat verib.Ev sahibi bildirib ki, bu, ilk belə hadisə deyil: “Əvvəllər də yaşadığımız ərazidə ilanlar çox olurdu, hətta ən zəhərli növ olan gürzəyə də rast gəlmişik”.Onun sözlərinə görə, ailə üzvləri bir müddət evdə olmayıb və qayıtdıqda ilanı otaqlardan birinin qapısında sıxışmış vəziyyətdə tapıblar:“Həyətdə yonca çoxdur, bundan başqa, bu il su yaxşı gəlirdi. Bəlkə də kanalizasiyadan gəlirlər. Bu yaxınlarda birini də həyətdə ölü tapmışdıq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
2
demokrat.az

3Mənbələr