AZ

“Bu il 491 nəfərin diplomu tanınmayıb”

“Bu il ərzində xaricdə diplom tanınması ilə bağlı 3480 müraciət üzrə ekspertiza həyata keçirilib”. 

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün media üçün keçirilən brifinqdə deyib. 

T. Əhmədovun sözlərinə görə, ekspertiza nəticəsində 2989 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib: “491 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Düşünürəm ki, bu sahədə maarifləndirmə düzgün aparılsaydı, imtina qərarları da olmazdı”. 

Seçilən
63
5
fed.az

6Mənbələr