AZ

Ukrayna müharibəsi 2-3 aya bitə bilər – ABŞ Maliyyə Nazirliyi

Ukraynadakı münaqişə 2-3 ay ərzində başa çata bilər.

İnterpress.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Bessent deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibənin taleyi böyük dərəcədə Avropanın atacağı addımlardan asılıdır.

O bildirib ki, əgər Avropa İttifaqı Rusiyadan neft alan üçüncü ölkələrə qarşı ikinci dərəcəli rüsumlar və məhdudiyyətlər tətbiq etsə, bu, Moskvanın maliyyə imkanlarını ciddi şəkildə zəiflədər.

Nazirin qənaətinə görə, belə bir addım atıldığı halda Rusiya iqtisadiyyatı sürətlə təzyiq altına düşəcək və müharibəni davam etdirmək imkanı kəskin məhdudlaşacaq. Bu isə Ukraynadakı münaqişənin 2-3 ay ərzində başa çatmasına gətirib çıxara bilər.

Bessent əlavə edib ki, indiki mərhələdə Rusiya neftinin böyük hissəsi sanksiyalara baxmayaraq Asiya ölkələrinə yönləndirilir və bu satışlar Moskvanın hərbi xərclərinin əsas maliyyə mənbəyidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr