İsrailin müvəqqəti işlər vəkili ölkənin xarici işlər naziri Gideon Saarın açıqlamalarına etiraz əlaməti olaraq İspaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.
Bu barədə Herbiand.az "Al Arabiya"ya istinadən xəbər verir.
"İsrailin xarici işlər nazirinin İspaniya və baş nazirlə bağlı verdiyi qəbuledilməz bəyanatlarına etiraz etmək üçün bu ölkənin İspaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili bu gün səhər saatlarında XİN-ə çağırılacaq", - XİN-in bəyanatında deyilir.
Bazar ertəsi Gideon Saar "X" sosial şəbəkəsində canlı yayım zamanı İspaniya hökumətinin başçısı Pedro Sançesi "antisemit və yalançı" adlandırıb. Bu bəyanat baş nazirin Madriddə Fələstin tərəfdarlarının keçirdiyi kütləvi etirazları dəstəkləməsindən sonra verilib.(Report)