AZ

Məleykə Abbaszadə: “İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir”

“İmtahanlarda ən aşağı nəticələr coğrafiya və kimya fənləri üzrə müşahidə olunur”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində deyib.

M.Abbaszadə vurğulayıb ki, xarici dillər, xüsusilə, ingilis dili üzrə son 3-4 ildə sürətli irəliləyiş müşahidə olunur. I qrupda ingilis dili üzrə göstəricilər 50 faizdən yuxarı, II qrupda 43.26 faiz, III qrupda 53.36 faizdir:

"Azərbaycan və rus bölmələri arasında müqayisə aparanda deyə bilərik ki, Azərbaycan bölməsinin göstəriciləri ingilis dilindən başqa digər fənlərdə daha yüksəkdir. Rus bölməsində ingilis dili göstəriciləri qruplar üzrə ardıcıl olaraq təqribən 63 faiz, 58 faiz, 62 faiz, 74 faiz və 59 faiz olub. Nəzərə almaq lazımdır ki, rus bölmələri əsasən şəhər məktəblərindədir, Azərbaycan bölməsində isə çoxlu kənd məktəbi var. Ən aşağı nəticələr isə coğrafiya fənni üzrə müşahidə olunur. Nəticələr göstərir ki, coğrafiya üzrə II qrupda orta göstərici 28,68 faiz, III qrupda isə təxminən 15,5 faizdir ki, bu da çox aşağı səviyyədir".

DİM rəhbəri qeyd edib ki, ciddi narahatlıq doğuran sahələrdən biri də kimyadır:

"Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var".
Sədr əlavə edib ki, I qrupda fizika üzrə düzgün cavabların faizi 33.29-dur və bu isə kifayət qədər aşağı səviyyədir, riyaziyyat üzrə də vəziyyət eynidir.

M.Abbaszadə vurğulayıb ki, builki nəticələrə əsasən, ümumi olaraq fənlər üzrə keyfiyyət göstəriciləri sabitdir və müəyyən sahələrdə xüsusilə tədris dili fənni üzrə artım var.

Bizim.Media

Seçilən
6
11
bizim.media

10Mənbələr