BAKI, 16 sentyabr. TELEQRAF
"The Ring" jurnalı çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən yaxşı boksçularının reytinq cədvəlini tərtib edib.
Teleqraf xəbər verir ki, siyahıya mütləq dünya çempionu Terens Krouford başçılıq edir.
O, ukraynalı Aleksandr Usiki qabaqlayıb. Krouford son olaraq Saul Alvares üzərində qələbə qazanıb.
Qeyd edək ki, reytinqin ilk 3-lüyünə ötən həftənin sonunda Özbəkistan təmsilçisi Murodjon Axmadaliyevə qalib gələn yaponiyalı Naoya İnoue də daxildir.