AZ

Ufuk Özkan reanimasiyaya yerləşdirildi

“Geniş Ailə” serialındakı “Cevahir” obrazı ilə tanınan 50 yaşlı aktyor Ufuk Özkanın reanimasiyaya alındığı bildirilib.

News365.az xəbər verir ki, açıqlamasında qardaşı Umut Özkan bildirib ki, aktyor bir müddət əvvəl siroz səbəbindən müalicə alıb və transplantasiya üçün heyətin mənfi rəy verməsi onu çox məyus edib. Umut Özkanın sözlərinə görə, Ufuk Özkan hətta “Gərəkdirsə səhnədə ölürəm, işləməliyəm” deyib.

Ötən gün Beşiktaşdakı evində dərman qəbul edən aktyorun vəziyyəti pisləşərək xəstəxanaya aparılıb. TiyatroTr hesabından yayılan açıqlamada qeyd olunub ki, Ufuk Özkan yalnız rutin müşahidə məqsədilə 48 saatlıq xəstəxana prosesində saxlanacaq və müddət bitdikdən sonra taburcu ediləcək.

Aktyor özü verdiyi açıqlamada sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib:
“Məni öldürməyə çalışırlar? Üzümde ekzema çıxdığı üçün iki gündən bir xəstəxanaya nəzarət üçün gedirəm. Evimdə istirahətdəyəm” – deyə o qeyd edib.

Keçmişdə qaraciyər çatışmazlığı səbəbindən sağlamlıq problemləri yaşayan Ufuk Özkan, son olaraq keçmiş həyat yoldaşı ilə bağlı nafaka problemi ilə də gündəmə gəlmişdi.

News365.az 


Seçilən
36
news365.az

1Mənbələr