AZ

Bu çay diabet xəstələri üçün faydalıdır

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moruq yarpağı çayının diabet xəstələri üçün faydalı olduğu müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, moruq yarpağı çayı şirniyyat yedikdən sonra qan şəkərinin və insulin səviyyəsinin yüksəlməsini ləngidə bilər.

Məlumata görə, təcrübədə 12 sağlam kişi və 10 qadın iştirak edib. Könüllülərdən moruq yarpağı çayı ilə və ya olmadan 10 qram qlükoza və ya saxaroza (süfrə şəkəri) istehlak etmələri istənilib.

Tədqiqatın başlamasından sonra iki saat ərzində bütün könüllülərdə qan şəkəri və insulin səviyyələri müntəzəm olaraq ölçülüb.

Təhlil göstərib ki, saxaroza moruq yarpağı çayı ilə birləşdirildikdə qanda şəkərin konsentrasiyasının artması xeyli ləng gedir. Şirin yeməkdən 15 dəqiqə sonra göstəricilər nəzarət qrupu ilə müqayisədə orta hesabla 25%, yarım saatdan sonra isə demək olar ki, 44% aşağı olub. 15, 30 və 60 dəqiqədən sonra insulinin konsentrasiyası da aşağı olub. Bununla birlikdə, qlükoza istehlak edərkən nəzərə çarpan bir əlaqə olmayıb.

Alimlər müsbət təsiri çayda polifenolların yəni təbii kimyəvi birləşmələrin olması ilə əlaqələndirirlər. Onların fikrincə, çay komponentləri əsasən saxaroza kimi daha mürəkkəb şəkərlərə təsir göstərir.

Müəlliflər vurğulayıblar ki, bu, moruq yarpağı çayının yeməkdən sonra erkən şəkər və insulin səviyyəsini azaltmaq qabiliyyətinin ilk klinik təsdiqidir.

Qeyd olunub ki, növbəti addım prediabet və tip 2 diabetli insanlar arasında tədqiqatlar olacaq. Mütəxəssislərin hesab edir ki, belə çay metabolik sağlamlığı dəstəkləmək üçün sadə üsul ola bilər.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
bakivaxti.az

1Mənbələr