AZ

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

“Cari ilin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 6 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov səsləndirib.

O qeyd edib ki, qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib: 

“Sözügedən müddət ərzində həmçinin “Məktəbəqədər təhsil” ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.Cari ilin ikinci yarısında isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti (təkrar akkreditasiya), həmçinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət PeşəTəhsil Mərkəzində institusional akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır”. 

Tural Əhmədov qeyd edib ki, bu ilin II yarısında “Məktəbəqədər təhsil” ixtisası üzrə Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında proqram akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur:

"Həmçinin bu ilin II yarısında Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, ADPU-nun Şamaxı filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təkrar proqram akkreditasiya qiymətləndirilməsi keçiriləcək”.

Seçilən
53
11
tehsil.biz

10Mənbələr