ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Vladimir Zelenski ilə görüşə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Prezident Trampın Zelenski ilə bir neçə telefon danışığı və görüşü olub, o cümlədən gələn həftə Nyu Yorkda yenidən olacaq”, - Rubio bildirib.