AZ

Vəkillik üçün tələb edilən iş stajının müddəti dəyişir

Vəkillik üçün tələb edilən iş stajının müddəti endirilir.

FED.az xəbər verir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 1 ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə (təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində 1 ildən az olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı testdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş vətəndaşlar vəkil ola bilərlər. 

Bu staj müddəti müddəti əvvəl 3 il idi. 

Qeyd olunur ki, Azərbaycan vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədən keçərək icbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdən sonra vəkilliyə qəbul olunacaqlar. Bu şəxslər həmin hüquqdan yalnız bir dəfə istifadə edə bilərlər.

Eyni layihəyə əsasən hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmiş şəxslər, habelə əvvəllər Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya ve kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilməden vəkilliyə qəbul olunurlar.

Seçilən
28
8
fed.az

10Mənbələr