AZ

Gürcü spiker: Avropa ölkələrinin demokratiya dərsinə ehtiyacımız yoxdur

TBİLİSİ, 16 sentyabr. TELEQRAF

Heç kimin, o cümlədən Avropa İttifaqının Gürcüstana təzyiq göstərməyə cürəti çatmaz.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Spiker bildirib ki, gürcü xalqını ona yuxarıdan aşağıya baxılması qıcıqlandırır və Avropa İttifaqı səfiri, həmçinin digər səfirliklər, təşkilatlar və siyasətçilər bu münasibətə son qoymalıdırlar.

“Bəzi Avropa ölkələrinin bizə demokratiya dərsi keçməsinə, bizə qanunun aliliyini öyrətməsinə ehtiyac yoxdur. Gürcüstan müxtəlif istiqamətlərdə bütün reytinqlər üzrə həmin ölkələri qabaqlayır”, - Ş.Papuaşvili söyləyib.

Seçilən
13
2
teleqraf.com

3Mənbələr