AZ

Heydər Əsədov yüksək bal toplayan tələbələrlə bir arada

Milli Məclisin deputatı Heydər Əsədov və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Deputat tələbələri və onların valideynlərini təbrik edib, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

H.Əsədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsil sisteminin müasir tələblərə cavab verəcək şəkildə daim yeniləndiyini, ali təhsil müəssisələrimizin mövqeyinin beynəlxalq reytinqlərdə ildən-ilə yüksəldiyini vurğulayıb. Parlamentari həmçinin məzunlarla öz təcrübələrini bölüşüb, onlara tövsiyələrini verib.

Görüşdə digər çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə iştirak edən məzunlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək gələcək planlarından söz açıblar.

Sonda deputat Heydər Əsədov 600 bal toplmış 31 tələbənin hər birinə hədiyyələr verib və onlara müvafiq yardımlar edib.

 

 

 

 

 

 

 

 

Seçilən
18
1
sabahinfo.az

2Mənbələr