AZ

Azərbaycanlı FIFA referisi Çempionlar Liqasına təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə təyinat alıb. Metbuat.az xəbər verir ki, o, Danimarkada yerli “Kopenhagen"lə Almaniyanın “Bayer Leverkuzen” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 18-də keçiriləcək.

Seçilən
22
metbuat.az

1Mənbələr