AZ

"Qarabağ" "yutub"da legioner axtardı: "Bir çoxuyla danışıq apardıq, gəlmək istəmədilər"

"Qarabağ"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Rəşad Sadiqovun çalışdırdığı komanda ilk turunda Portuqaliyada "Benfika"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

"Köhlən atlar" iştirak ərizəsinə 4-ü legioner olmaqla, 32 oyunçunun adını daxil edib. Onlardan 4-ü qapıçı, 12-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 6-sı hücumçudur.

Klubun futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev siyahı ilə bağlı Sportinfo.az-a açıqlama verib. O, heyəti gücləndirməkdə problemlə üzləşdiklərini bildirib:

"UEFA-nın bu yarışa aid şərtləri çoxdur. İstədiyini hər oyunçunu komandaya götürə bilmirsən.

Yaşla, legionerlərlə, akademiya ilə əlaqəli kvota qoyulub. Bizə əsasən 2007-ci il təvəllüdlü gənclər lazımdır.

Bu yaş qrupuna daxil olan oyunçuların bir çoxu vaxtilə "Qarabağ"da çıxış edib, sonra necəsə başqa yerlərə gediblər.

"Neftçi" və "Qəbələ" ölkə çempionatında birinci yerə oynayır. "Sabah" da UEFA Gənclər Liqasında çıxış edəcək.

Onların heç birindən futbolçu gətirmək mümkün deyil. hamısının öz məqsədi var. UEFA bu yarışda cəmi 6 legionerin iştirak ərizəsinə salınmasına icazə verir.

Bir çoxuyla danışıq apardıq, gəlmək istəmədilər. «Vayskaut» və digər proqramlar üzərindən seleksiya aparmaq olmur.

Çünki bu yaşda futbolçuların əksəriyyəti peşəkar statuslu çempionatlarda çıxış etmir. Məcburuq ki, onlara «yutub»da baxaq, burada axtaraq».

Qapıçılar: Tunar Qasımov, Teymur Həsənov, Elşən Nəsirov, Bilal Hacıyev

Müdafiəçilər: Əli Abışev, Məsud Əlişanlı, Rəşad Alışov, Emil Binyatzadə, Həbib Qədimov (Rusiya), Uğur Qurbanlı, Cavid Məlikov, Cavid Məmmədov, Səbuhi Niftiyev, Amin Rzayev, Rəvan Teymurov, Əhməd Vəliyev

Yarımmüdafiəçilər: Eltun Babazadə, Əli Bəşirov, Əli Qazıbəyov, Ahmet Levent Gülenç (Türkiyə), İlkin Hacıyev, Əbdüləziz Cabbarlı, Hikmət Cəbrayılzadə, Elton Mikayılov, Mehdi Mütəllimli, Əliəkbər Rzazadə

Hücumçular: Toheeb Abiodun, Muyideen Olude (hər ikisi Nigeriya), Əli Əliyev (2018-ci ildən klubdadır), Əli Əliyev (2024-cü ildə kluba qoşulub), Əli İbrahim, Şahismayıl Cəfərov.

Seçilən
6
1
sportinfo.az

8Mənbələr