AZ

Məşhur oyunun şifrəsi açıldı: Rusiya 2030-cu ildə bu ölkələri işğal edəcək

Məşhur stolüstü oyun “Littoral Commander”da Rusiyanın Baltikyanı ölkələri işğal edəcəyi ilə bağlı mesaj var.

Publika.az xəbər verir ki, bu sensasion iddia ilə Amerikanın “Defense News” nəşrinin köşə yazarı Maykl Pek çıxış edib.

Onun sözlərinə görə, oyun təxminən 2030-cu ildə Rusiyanın Baltikyanı ölkələri işğal edəcəyini təsvir edir.

“Oyunda 11 ssenari var, o cümlədən İsveçin Qotland adasını ələ keçirmək üçün Rusiyanın desant qüvvəsinin enişi, Rusiyanın Kalininqrad anklavından hücum və ABŞ dəniz piyadalarının raket silahları ilə Rusiya hərbi gəmilərinin Baltik dənizini tərk etməsinin qarşısını almaq cəhdi”, - Pek yazıb.

Pek qeyd edir ki, “Rusiya əməliyyatı pozmağa çalışarkən ABŞ-ın mülki insanları təxliyə etdiyi humanitar ssenari də var ”. ABŞ-ın münaqişədə əsas qüvvəsi dəniz piyadaları və Hərbi Dəniz Qüvvələridir.

Seçilən
19
publika.az

1Mənbələr