AZ

Xətaidə evdən 15 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb





Xətai rayonunda evlərin birindən oğurluq olub.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon sakini polisə müraciət edərək yaşadığı evdən 15000 manat dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Ə.Göyüşov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində bir nəfərə məxsus 1800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də ərazi polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Seçilən
16
24
newscenter.az

10Mənbələr