AZ

Puqaçovadan 1,5 milyard təzminat tələb olunur

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çeçenistanın ilk prezidenti Cövhər Dudayev haqqında dediyi sözlərə görə müğənni Alla Puqaçovadan 1,5 milyard rubl təzminat tələb olunub.

Axar.az xəbər verir ki, bu barədə “Dojd” kanalı məlumat yayıb.

Məlumata görə, Puqaçovaya qarşı müharibə veteranlarını təhqir etdiyinə görə cinayət işi açılıb:

“Səbəb onun Dudayevi ləyaqətli, şərəfli, ağıllı insan adlandırması olub. İddianı federal kanallardakı televiziya şoularının daimi iştirakçısı olan vəkil Aleksandr Treşçev qaldırıb. O bildirib ki, Puqaçovanın sözləri onu Əfqanıstan müharibəsinin iştirakçısı kimi təhqir edib, o, müğənnidən 1,5 milyard rubl almaq niyyətindədir. Vəkil kompensasiyadan digər veteranları dəstəkləmək üçün istifadə etmək niyyətindədir. Lakin iddia hələ də baxılmaq üçün qəbul edilməyib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
axar.az

2Mənbələr