AZ

Saratovda Neft Emalı Zavodu VURULDU – Yanğın və partlayışlar BAŞ VERDİ

Sentyabrın 16-na keçən gecə Rusiyanın Saratov vilayətində yerləşən Saratov Neft Emalı Zavodu Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. Obyektin ərazisində partlayışlar və yanğınlar qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hücumun nəticələri hələ dəqiqləşdirilir. Qeyd olunur ki, zavod benzin, dizel yanacağı, mazut, müxtəlif növ bitum, vakuum qazoylu və texniki kükürd də daxil olmaqla 20-dən çox növ neft məhsulunun istehsalı ilə məşğuldur.

Musavat.com

Seçilən
25
2
musavat.com

3Mənbələr