AZ

Rusiya ordusuna AĞIR ZƏRBƏ – Donetskdə komanda məntəqələri VURULDU

Ukrayna Rusiya ordusunun Donetsk vilayətindəki komanda məntəqələrinə qarşı endirilən zərbələrin nəticələrini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, zərbələr avqustun 28-i və sentyabrın 8-i həyata keçirilib və hədəflər arasında komandanlıq üzvləri də olub.

“2025-ci il sentyabrın 8-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Rusiya qoşunlarının komanda məntəqələrinə kompleks atəş zərbəsi endirib.

Raket və artilleriya qoşunları, Hərbi Hava Qüvvələri, Pilotsuz Sistemlər Qüvvələri və digər komponentlər “Mərkəz” qoşun qrupu ilə birlikdə Rusiya Silahlı Qüvvələrinin 41-ci Quru Qoşunlarının Pokrovski istiqamətində fəaliyyət göstərən komanda məntəqələrinə dəqiq zərbələr endirib”, – məlumatda qeyd olunur.

Bundan əlavə, avqustun 28-də Rusiya müdafiə naziri Andrey Belousov həmin istiqamətdəki komanda məntəqələrinə baş çəkib. Baş Qərargah bildirir ki, onun səfərindən az sonra həmin məntəqələrə Ukrayna tərəfindən zərbələr endirilib.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr