AZ

MEK in yeni nəşri “Azərbaycan milli mətbuatı müstəqillik dövründə: 1991 2025”

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 16 sentyabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərtibatında “Azərbaycan milli mətbuatı müstəqillik dövründə: 1991-2025” adlı biblioqrafik göstərici işıq üzü görüb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstərici Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamına müvafiq olaraq AMEA rəhbərliyinin tapşırığına əsasən hazırlanıb.

Vəsaitə milli mətbuat haqqında kitablar və məqalələr, məcmuə, kataloq, toplu, bülleten, lüğət, ensiklopediyalar, Azərbaycan mətbuatına dair müdafiə olunmuş dissertasiya və avtoreferatlar, konfrans materialları, mövzu üzrə tərtib edilmiş biblioqrafiyalar daxil edilib. Kitabda, həmçinin ilk dəfə olaraq milli mətbuatın tərkib hissəsinə daxil olan Azərbaycanda fəaliyyət göstərmiş, hazırda fəaliyyətini davam etdirən xəbər saytları, informasiya agentlikləri, televiziya və radio kanalları, internet televiziyaları haqqında məlumat verilib.

Nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri isə şöbənin əməkdaşları Təranə Rüstəmova və Mahnur Həsənovadır.

Biblioqrafik göstəricidə AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun müstəqillik dövrü Azərbaycan mətbuatının inkişafına dair “Müstəqilliyimizin güzgüsü” adlı məqaləsi yer alıb.

Mərkəzi Elmi Kitabxananın saytı vasitəsilə oxucular nəşrlə onlayn da tanış ola bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
azertag.az

4Mənbələr