Xalq artisti Nazpəri Dostəliyeva ilk dəfə uzun illər qalmaqal yaşadığı İlhamə Quliyevanın məzarını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu anlar “Rəngarəng” verilişində göstərilib.
Dostəliyeva İ. Quliyevanın məzarı başında bunları söyləyib:
“Mən haqqımı halal etdim. İlhamə Quliyeva Allahın dərgahındadır, Allah günahlarını bağışlasın. Sənətkarımızdır, əməyi böyük olub, xalqın, millətin adını ucaldıb. Bir daha qəbrinin üstündə deyirəm, Allah qəni-qəni rəhmət etsin, haqqımı halal edirəm. Ölümlü-itimli dünyadır, hamımız qara torpağa gedəcəyik. Biz nə qədər bir-birimizlə mehriban olsaq, Allahın rəhmətini sağ ikən qazana bilərik”.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta