"Qarabağ" da müdafiədən oynayan komanda deyil. Öz oyun dəst-xətti var, heç vaxt ondan geri çəkilmir".
İdman.biz Fanat.Az-a istinadən xəbər verirki, bunu futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq hücumçusu Nadir Nəbiyev "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk oyununu şərh edərkən deyib.
O, Ağdam təmsilçisinin səfərdə "Benfika"ya (Portuqaliya) qarşı keçirəcəyi oyunla bağlı fikrini açıqlayıb: "Qarabağ" üçün çətin olacaq. Əvvəla, itkilər var. Xüsusilə hücum xəttində sıxıntı ola bilər. Bundan başqa, "Benfika"nın "Fənərbağça" ilə hər iki oyununu izləmişəm. Müdafiədə etibarlı və hücumda sürətli əks-həmlələrə üstünlük verən komandadır. "Qarabağ" da müdafiədən oynayan komanda deyil. Öz oyun dəst-xətti var, heç vaxt ondan geri çəkilmir. Sözsüz ki, ələ bir neçə imkan düşəcək. Onlardan maksimum yararlanmaq lazımdır. Hesab barədə fikir bildirməkdə çətinlik çəkirəm. Amma ümid edirəm ki, "Qarabağ" səfərdən sərfəli nəticə ilə dönəcək".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu bu gün - 16 sentyabrda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
İdman.biz