AZ

Formula 1: Növbəti mövsümdə 6 sprint yarışı keçiriləcək

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Formula 1-in 2026-cı il mövsümündə altı sprint həftəsonu keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) məlumat yayıb.

Təqvimə Şanxay, Mayami, Monreal, Silverstoun, Zandvoort və Sinqapur trekləri daxildir. Kanada, Niderland və Sinqapur ilk dəfə bu formatda yarışlara ev sahibliyi edəcək.

Qeyd edək ki, Formula 1-in cari mövsümünün növbəti Qran-Prisi 19-21 sentyabr tarixlərində Azərbaycanda təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
sherg.az

4Mənbələr