AZ

Politico: Aİ Yunanıstanda 2400 dən çox Çin malını müsadirə edib

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Avropa Dövlət Prokurorluğu Yunanıstana qeyri-qanuni gətirildiyi iddia edilən 2400-dən çox konteyner Çin malını müsadirə edib. 

Bakıvaxtı.az "Politico" nəşrinə istinadən xəbər verir ki, sözügedən müsadirə Avropa İttifaqı tarixində bu qəbildən olan ən böyük əməliyyatdır. 

Prokurorluğun məlumatına görə, Çinin COSCO dövlət şirkətinin idarə etdiyi Yunanıstanın Pirey limanında 2435 konteyner ələ keçirilib. Onların içərisində əsasən elektriklə işləyən velosipedlər, tekstil məmulatları və ayaqqabılar olub. 

İstintaqın məlumatına görə, Aİ-yə qeyri-qanuni mal idxalı sxemi ən azı səkkiz il müddətində qüvvədə olub, icmanın və onun üzvlərinin büdcəsinə təxminən 800 milyon avro məbləğində ziyan vurub. İş üzrə 6 nəfər, o cümlədən 2 Yunanıstan gömrük məmuru ittiham olunub. 

Hesablamalara görə, tərkibinin 250 milyon avro dəyərində olduğu təxmin edilən konteynerin yalnız 10-15%-i normal qaydada sənədləşdirilib. Nəticədə təkcə bu kateqoriya mallar üçün Aİ büdcəsinə ən azı 37,5 milyon avro ziyan dəyib. 

Gülşən Şərif 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
bakivaxti.az

2Mənbələr