Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
19-21 sentyabr tarixlərində Bakıda baş tutacaq Formula 1 Qatar Airways Azerbaijan Grand Prix 2025 çərçivəsində istifadə olunacaq Race Control avtomobilləri “Atəşgah” Sığorta şirkəti tərəfindən sığortalanıb.
Yarışda təhlükəsizlik və idarəetmə məqsədilə istifadə ediləcək avtomobillər – Maserati MC20, Maserati Grecale və tam elektrikli Maserati Grecale Folgore modelləridir. Bu layihənin həyata keçirilməsi “Atəşgah” Sığortanın həm beynəlxalq tədbirlərdə iştirakını, həm də Maserati Bakı ilə möhkəm tərəfdaşlıq münasibətlərini bir daha nümayiş etdirir.
“Atəşgah” Sığorta şirkəti bu təşəbbüslə etibarlı və peşəkar sığorta tərəfdaşı kimi mövqeyini gücləndirməklə yanaşı, ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlara dəstəyini də davam etdirir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.