AZ

Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR

İpoteka və Kredit Zəmanət Fondu (VÖEN: 1403502281) açıq müsabiqə elan edib.

FED.az xəbər verir ki, müsabiqə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınmasına aiddir. Layihənin ehtimal olunan qiyməti 200 milyon 433 min 333 manat 33 qəpikdir.

Təkliflərin son təqdim olunma tarixi 29 oktyabr 2025-ci il saat 10:00-a kimidir. Zərflərin açılışı da həmin tarixdə, saat 10:00-da keçiriləcək.

İştirak haqqı on min manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, iyirmi beş manat istifadə haqqı da ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Adil Sadıqov – əsas vəsaitlərlə iş departamentinin mənzillərin idarə edilməsi şöbəsinin rəisi.
Əlaqə vasitələri: [email protected], (+994 12) 498 18 01.

İddiaçılar təkliflərini 29 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanına təqdim edə bilərlər.

Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə tutulur. Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir. İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20000 kv.m-dən az olmamalıdır. Satınalma predmetinə dair digər tələblər Şərtlər toplusunun (B) MALLARA DAİR TƏLƏBLƏR hissəsində nəzərdə tutulmuşdur.

Seçilən
48
fed.az

1Mənbələr