AZ

Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb

Alla

Rusiya estradasının ulduzu, canlı əfsanə adlandırılan müğənni Alla Puqaçovanın jurnalist Katerina Qordeyevaya (jurnalist Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" elan edilib) verdiyi yeni müsahibə "YouTube"-da baxış sayına görə beş gün ərzində rekorda imza atıb. Alla Puqaçova ilə bu müsahibə 16 milyondan çox baxış toplayıb. Bu baxış sayı Rusiyada videoplatformanın bir ildir məhdudlaşdırılmasına baxmayaraq baş verib.

Reyting.az
-ın məlumatına görə, məşhur müğənni ilə təxminən üç saatdan artıq davam edən bu müsahibə "Скажи Гордеевой” kanalında indiyədək ən çox izlənilən video olub. Kanal qeyd edib ki, Puqaçovanın çıxışına qədər bu kanalın ən populyar, baxılan materialı aktyor Artur Smolyaninovla olan müsahibə idi və bu söhbət üç ilə 9,3 milyon baxış toplamışdı.

A. Puqaçovanın müsahibəsi rusdilli sosial şəbəkə istifadəçiləri arasında çox geniş müzakirələrə səbəb olub. Video-söhbətin altında artıq 135 mindən çox şərh yazılıb.

Oqtay QORÇU

Seçilən
32
reyting.az

1Mənbələr